Alim Şükürov: Düşmənin 40-dan artıq hərbçisini məhv etdi

2021/05/alim-1622379185.jpg

line

Ad: Alim
Soyad: Şükürov
Ata adı: Davud
Doğum tarixi: 23.05.1998
Rütbə: Kiçik gizir


Kiçik gizir Şükürov Alim Davud oğlu 23 may 1998-ci ildə Cəlilabad rayonunun Ağdaş kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Ağdaş kənd tam orta məktəbində təhsil almışdır. 2018-ci ildə Cəlilabad Peşə Liseyini uğurla bitirən Alim müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə özünü intizamlı əsgər kimi göstərmiş, komandirlərin və rəislərin rəgbətini qazan-mışdır. Məhz burada xidmət edərkən o, peşəkar sərhədçi olmaq fikrinə gəlir.

2020-ci ilin fevral ayından xidmətə qəbul olunan Alim bu dəfə Çevik Hərəkət Qüvvələrinin Artileriya Briqadasında kəşfiyyatçı qismində xidmətə başlamışdır. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda cəbhəyə yollanan Alim Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə fəal iştirak etmiş, bir sıra döyüş tapşırıqlarını ugurla yerinə yetirmişdir. Zəngilan şəhərinin və ətraf ərazilərin işğaldan azad olunmasında rəşadət göstərmişdir. 21 oktyabr 2020-ci il tarixdə Zəngilanının itirilməsi ilə barışmaq istəməyən düşmən əks-hücüma keçmişdir. Düşmənin 40-dan artıq hərbi qulluqçusunun məhv edildiyi və bir neçəsinin əsir götürüldüyü və darmadağın olunduğu döyüşdə Alim ağar yaralandı. Təxliyə olunduğu Füzuli Dioqnostika Mərkəzində cərrahiyə əməliyyatı olunmağına baxmayaraq 22 oktyabr 2020-ci il tarixdə şəhid oldu.
Subay idi.

Kiçik gizir Şükürov Alim Davud oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

7 noyabr 2020-ci il tarixdə Cəlilabad rayonunun Ağdaş kəndində dəfn edilib.