Şahin Tağıyev: Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşuldu

2021/05/sahin-1622378601.jpg

line

Ad: Şahin
Soyad: Tağıyev
Ata adı: Rəhim
Doğum tarixi: 03.07.2000
Rütbə: Kiçik gizir


Kiçik gizir Tağıyev Şahin Rəhim oğlu 3 iyul 2000-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Mübariz Tağıyev adına orta məktəbdə təhsil almışdır. 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Xidməti başa vurduqdan dərhal sonra peşəkar sərhədçi olmaq arzusu ilə yenidən Dövlət Sərhəd Xidmətinin sıralarına qəbul olundu. 08.02.2020-ci il tarixdən artileriya briqadasinda kəşfiyat taqımında snayperçi vəzifəsində xidmətə başlayan Şahin çalışqanlığı və intizamı ilə qısa müddətdə rəislərinin və yoldaşlarının etimadını qazandı.

Vətən müharibəsinin ilk günlərindən çevik hərəkət dəstəsinin tərkibində ağır döyüşlərə qoşulan Şahin Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə fərqlənmişdir. Oktyabrın 9-da Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Subay idi.

Kiçik gizir Tağıyev Şahin Rəhim oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

20 oktyabr 2020-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində dəfn olunub.


memorial.az