Elsevər Paxırov: Hadrut istiqamətində gedən döyüşlərdə şəhid oldu

2021/05/elsev-1622378310.jpg

line

Ad: Elsevər
Soyad: Paxırov
Ata adı: Eyvaz
Doğum tarixi: 19.07.1997
Rütbə: Kiçik gizir


Kiçik gizir Paxırov Elsevər Eyvaz oğlu 19 iyul 1997-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuşdur. 2003-2012-ci illərdə həmin kənddə Rokəhməd adına kənd adlı orta məktəbində təhsil almışdır. 2015-2017-ci illərdə Dövlət Sərhəd Xidmətinin Naxçıvan əlahiddə sərhəd divizyasinda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 24.03.2020-ci il tarixdən öz istəyi ilə Dövlət Sərhəd Xidmətinin sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan Elsevər Çevik Hərə¬kət Qüvvələrinin Artileriya Briqadasında kəşfiyatçı-rabitəçi vəzifəsində xidmətə başlamışdır.

Vətən müharibəsi başlayanda Elsevər ilk döyüşlərə qatilan sərhədçilərdən biri olub. Cəsur bir kəşfiyyatçı kimi uğurlu əməliyyatlarda iştirak edən Elsevər verilən döyüş tapşırıq-larını layiqincə yerinə yetirmişdir. Cəbhənin Xocavənd rayonu ərazisində gedən döyüşlərdə Elsevər xüsusi fərqlənmişdir. Oktyabrın 9-da Hadrut istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Subay idi.

Kiçik gizir Paxırov Elsevər Eyvaz oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur

16 oktyabr 2020-ci ildə Balakən rayonunun Hənifə kəndində dəfn olunmuşdur.

memorial.az