İmaməli Hüseynov: Ən böyük arzusu doğulduğu, lakin görmədiyi Zəngilanı azad etmək idi

2021/05/imaml-1622378131.jpg

line

Ad: İmaməli
Soyad: Hüseynov
Ata adı: Cəlil
Doğum tarixi: 03.12.1992
Rütbə: Kiçik gizir


Kiçik gizir Hüseynov İmaməli Cəlil oğlu 3 dekabr 1992-ci ildə Zəngilan rayonunun Tağlı kəndində anadan olmuşdur. 1999-2008-ci illərdə Abşeron rayonu Mehdiabad qəsəbəsində 2 saylı tam orta məktəbdə 9-cu sinifə qədər təhsil almışdır. 2008-ci ildən texniki kollecdə öz təhsilini davam etdirən İmaməli 2010-cu ildə oranı sürücülük-mexanik ixtisası üzrə bitirmişdir. 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ilin sentyabr ayından Dövlət Sərhəd Xidməti sıralarına qəbul olunan İmaməli beş aylıq hazırlıq kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında müxtəlif vəzifələrdə xidmət etmişdir. İmaməli ona verilən tapşırıqların öhdəsindən hər zaman bacarıqla gəlmiş, qısa müddətdə komadirlərin və şəxsi heyətin hörmətini qazanmışdır.

Vətən müharibəsi başlayanda Çevik Hərəkət Dəstəsinin tərkibində cəbhəyə yollanan İmaməlinin ən böyük arzusu doğulduğu, lakin görmədiyi doğma Zəngilanın işğaldan azad olunması idi. Xocavənd rayonu ərazisində gedən döyüşlərdə fəal iştirak edən İmaməlinin Zəngilana gedən yolu Hadrutda kəsildi. Oktyabrın 9-da Hadrut istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Subay idi.

Kiçik gizir Hüseynov İmaməli Cəlil oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

22 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn edilib.


memorial.az