Səbuhi İskəndərli : Döyüşərək yoldaşlarını pusqudan çıxaran əsgər

2021/05/sebuh-1622376608.jpg

line

Ad: Səbuhi
Soyad: İskəndərli
Ata adı: Yaşar
Doğum tarixi: 25.06.2001
Rütbə: Əsgər


İskəndərli Səbuhi Yaşar oğlu 25 iyun 2001-ci il tarixdə Tərtər rayonunda anadan olmuşdur. Ailəsi ilə Şəki şəhərinə köçən Səbuhi 2007-ci ildə 11 nömrəli məktəin 1-ci sinifinə getmiş, sonradan təhsilini 18 nömrəli orta məktəbdə davam etdirmişdir. 2018-ci ildə orta təhsilini başa vuran Səbuhi 2019-cu il iyul ayından Dövlət Sərhəd Xidmətinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırıldı. Səbuhinin dövlət sərhədlərinin mühafizəsinə olan böyük marağının nəticəsi idi ki, o, müddətli həqiqi hərbi xidmətini də məhz keçdi. Səbuhi Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında xidmət etdiyi müddət ərzində intizamlı olmuş, verimiş tapşırıqları dəqiq və vaxtında icra etmişdir.

Səbuhinin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad olunması idi. Anadan olduğu Tərtər rayonunun təmas xəttinə yaxın olması və orada şahidi olduğu düşmən həyasızliqları bir azərbaycan gənci kimi ona da rahatlıq vermirdi. Məhz buna görə də Vətən müharibəsi başlayan kimi böyük həvəslə cəbhəyə yollandı. Ölkəmizin İran İslam Respublikası ilə dövlət sərhəddinin işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edən Səbuhi döyüş meydanında da komandirlərinin rəğbətini qazana bildi.

Oktyabrın 22-də Zəngilan rayonu ərazisində Sığırt yüksəkliyi istiqamətində hərəkət edərkən bölüyü ilə birlikdə düşmən pusqusuna düşən Səbuhi bir neçə saat ərzində döyüşərək yoldaşlarının pusqudan çıxmasına şərait yaratmış, özü isə döyüş meydanını tərk etməyərək qəhrəmancasına şəhid olmuşdur.

Subay idi.

Əsgər İskəndərli Səbuhi Yaşar oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

29 oktyabr 2020-ci ildə Şəki şəhərində dəfn edilib.

memorial.az