Rəvan Əliyev: Vətən qəhrəmanlarını unutmur

2021/05/revan-1622375982.jpg

line

Ad: Rəvan
Soyad: Əliyev
Ata adı: Yusif
Doğum tarixi: 27.05.2001
Rütbə: Əsgər


Əsgər Əliyev Rəvan Yusif oğlu 27 may 2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. 2007-ci ildə Quba rayonunda 3 nömrəli məktəbdə 1-ci sinifə daxil olan Rəvan daha sonra öz təhsilini Sumqayıt Texniki kollecində davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra Rəvan 2019-cu il iyul ayından müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında atıcı vəzifəsində xidmətə başlamışdır. Əsgər Əliyev Rəvan Yusif oğlu xidməti zamanı ona verilmiş tapşırıqların öhdəsindən laiqincə gəlmiş, hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmişdir.

Vətən müharibəsi başlayanda Rəvan böyük ruh yüksəkliyi ilə ön cəbhəyə yollandı. Cəbrayıl və Zəngilan rayonları ərazisində İran İslam Respublikası ilə dövlət sərhədinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak etmiş, düşmənə qarşı amansız olan Rəvan bu döyüşlərdə rəşadət göstərmişdir.
Oktyabrın 22-də Zəngilan rayonu ərazisində Sığırt yüksəkliyinin azad olunması uğrunda döyüşə gedərkən bölüyü ilə birlikdə düşmən pusqusuna düşən Rəvan qorxmazlıq göstərmiş, sona qədər döyüşərək yoldaşlarının pusqudan çıxmasına şərait yaratmış və qəhrəmancasına şəhid olmuşdur.

Subay idi.

Əsgər Əliyev Rəvan Yusif oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və“Zəngilanın azad olunmasına görə” medallarıilə təltif olunmuşdur.

29 oktyabr 2020-ci il tarixdə Quba şəhərində dəfn edilmişdir.