Sultan İbrahimov: Zəngilan şəhərinin azad olunmasında rəşadət göstərən kiçik gizir

2021/05/sulta-1622375664.jpg

line

Ad: Sultan
Soyad: İbrahimov
Ata adı: Mikayıl
Doğum tarixi: 24.04.1996
Rütbə: Kiçik gizir


Kiçik gizir İbrahimov Sultan Mikayıl oğlu 24 aprel 1996-ci ildə Salyan şəhərində anadan olmuşdur. Salyan şəhərində 1 saylı humanitar təmayüllü məktəb-liseyi bitirdikdən sonra 2013-cü ildə təhsilini Bakı Biznes və Kooperasiya Kollecində təhsil almışdır. 2016-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 18.10.2019-cu il tarixdən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində Dövlət Sərhəd Xidmətində xidmətə qəbul olunan Soltan 4 aylıq «Dənizçi mütəxəssislərin hazırlanması kursu»nu müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində xidmətə başladı. Xidmət etdiyi dövrdə özünü bacarıqlı və intizamlı sərhədçi kimi göstərmişdir.

Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq Çevik Hərəkət Dəstəsinin tərkibində cəbhəyə yollanan Sultan döyüşlərdə əsl qorxmazlıq nümunəsi göstərir, öz fədakarlığı ilə döyüş yoldaşlarına dəstək olurdu. Zəngilan şəhərinin azad olunmasında rəşadət göstərən Sultan oktyabrın 21-də Zəngilan şəhərinə düşmənin əks-hucumunun qarşısını alarkən qəhrəmancasına şəhid oldu.

Subay idi.

Kiçik gizir İbrahimov Sultan Mikayıl oğlu ölümündən sonra Azərbaycan Respublika-sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”,“Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
2020-ci il oktyabrın 24-də Salyan şəhərində dəfn edilib.