Habil Əbdürəhimli: Vətən Müharibəsində şəxsi igidlik nümunəsi göstərən Leytenant

2021/05/habil-1622374262.jpg

line

Ad: Habil
Soyad: Əbdürrəhimli
Ata adı: Qabil
Doğum tarixi: 26.09.1997
Rütbə: Leytenant


Leytenant Əbdürrəhimli Habil Qabil oğlu 26 sentyabr 1997-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində dünyaya göz açıb. 2014-cü ildə həmin kəndin Zöhrab Rüstəmov adına tam orta məktəbini bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olmuş, 2018-ci ildə oranı bitirdikdən sonra Çevik Hərkət Qüvvə¬lərinin Çevik Hərəkət Briqadasında taqım komandiri kimi xidmətə başlamışdır. Qısa müddətdə xidmətdə müsbət nəticələr əldə etdiyinə, şəxsi intizamı, bilik və bacarığı, idarəetmə qabiliyyəti ilə fərqlənən Habil 18.03.2020-ci il tarixdən bölük komandiri vəzifəsinə irəli çəkilmişdir.

2019-cu ilin avqust-senytabr ayları ərzində Turkiyə Respublikasında komando kurslarında olmuşdur.
Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yerləşən strateji əhəmiyyətli bir sıra yüksəkliklərin azad edilməsi uğrunda döyüşlərdə başçılıq etdiyi qrupu qətiyyətlə idarə edən leytenant Əbdürrəhimli Habil xüsusi fərqlənmişdir. 01 noyabr 2020-ci il tarixdə 1117.0 yüksəkliyinin və 07 noyabr 2020-ci il tarixdə isə 811.0 yüksəkliyinin azad edilməsində şəxsi igidlik nümunəsi göstərmişdir.

8 noyabr 2020-ci il tarixdə 811.0 yüksəkliyinin geri qaytarılması məqsədilə düşmən tərəfindən həyata keçirilən əks hucumun qarşısını alarkən leytenant Əbdürəhimli Habil əsgərləri Qasımov Murtuza və Hüseynov Vüsal ilə birlikdə qəhrəmancasına şəhid olmuşdur.

Ailəli idi,1 övladı var.

Leytenant Əbdürrəhimli Habil Qabil oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
9 noyabr 2020-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində dəfn edilmişdir