Vüsal Əliyev: Hadrut uğrunda şəhid oldu

2021/05/vusal-1622373631.jpg

line

Ad: Vüsal
Soyad: Əliyev
Ata adı: Məhəmmədəli
Doğum tarixi: 02.10.1991
Rütbə: Gizir


Əliyev Vüsal Məhəmmədəli oğlu 2 oktyabr 1991-ci ildə Cəlilabad rayonunun Rüstəmabad kəndində anadan olmuşdur. 2009-cu ildə kənd orta məktəbini bitirmişdir. 2009-2011-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildə Dövlət Sərhəd Xidmətində xidmətə qəbul olunan Vüsal Xudat sərhəd dəstəsinin 11-ci sərhəd zastavasına ətyinat almışdır. 2015-ci ilin avqust ayında xidmət yeri Çevik Hərəkət Briqadasına dəyişilən Vüsal manqa komandiri, sürücü-mexanik vəzifələrində öz bacarığı ilə fərqlənmiş, 2016-cı ildən isə xidmətini kəşfiyyat bölüyündə davam etdirmişdir.

Vətən müharibəsinin ilk günlərindən kəşfiyyat bölüyünün tərkibində ön cəbhəyə yollanan Vüsal döyüş yoldaşları ilə çiyin-çiyinə bir sıra uğurlu əməliyyatlarda iştirak etmişdir. Şuşa şəhərinin azad olunması baxımından mühüm strateji əhəmiyyət kəsb edən Hadrut qəsəbəsinin azad olunması qarşıya mühüm bir tapşırıq kimi qoyulmuşdur. Döyüş tapşırığını alan kimi Vüsal da digər hərbçi yoladaşları kimi döyüşə atıldı. 9 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu.

Ailəli idi.

Gizir Əliyev Vüsal Məhəmmədəli oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
16 oktyabr 2020-ci ildə Cəlilabad rayonunun Rüstəmabad kəndində dəfn olunub.