Məhəmmədəli Ələkbərov: Düşmənin əks-hucumunun qarşısını alarkən şəhid oldu

2021/05/memme-1622373452.jpg

line

Ad: Məhəmmədəli
Soyad: Ələkbərov
Ata adı: Bayram
Doğum tarixi: 15.10.1990
Rütbə: Gizir


Ələkbərov Məhəmmədəli Bayram oğlu 15 oktyabr 1990-cı ildə Ağstafa rayonunun Poylu kəndində anadan olmuşdur. 1996-2007-ci illərdə Firacəddin Məmmədov adına tam orta məktəbdə təhsil almışdır. 2008-2010-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildə Dövlət Sərhəd Xidmətində xidmətə qəbul olunan Məhəmmədəlinin ilk xidmət yeri olan Lənkəran sərhəd dəstəsinin 4-cü sərhəd zastavasında çalışqanlığı, xidmətə münasibəti ilə seçilmişdir. 2015-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin tədris mərkəzində təlim çevik hərəkəti taborunda müxtəlif vəzifələrdə xidmət edən Məhəmmədəli hər zaman inadla öz üzərində işləmiş, intizamı ilə seçilmişdir. 19.02.2019-cu il tarixdən i xidmət yerni Çevik Hərkət Qüvvə¬lərinin Çevik Hərəkət Dəstəsinə dəyişdirilən Məhəmmədəli cəlb olunduğu təlimlərdə bilik və bacarığını təkmilləş-dirmişdir. Fiziki cəhətdən saglam və güclü olan Məhəmmədəli ona verilən ən çətin döyüş tapşırıqlarının öhdəsindən məharətlə gəlirdi.

Sentyabrın 27-də başlayan Vətən müharibəsi sanki Məhəmmədəliyə qazandığı bilik və bacarıqları nümayiş etdirilməsi üçün bir meydan oldu. Məhəmmədəli Çevik Hərəkət Dəstəsinin tərkibində Füzuli və Cərayıl istiqamətlərində bir sıra yaşayış məntəqələrimizin azad olunması uğrunda bir sıra uğurlu əməliyyatlarda iştirak etdi. İran İslam Respublikası ilə dövlət sərhədlərimizin bərpası zamanı məhz onun fədakarlığı nəticəsində bir neçə halda döyüş yoldaşları mühasirədən çıxarılmışdır. Oktyabrın 19-da Zəngilan şəhərinin azad olunması əməliyyatlarında düşmən postlarının ələ keçirilməsində Məhəmmədəli xüsusilə fərqlənmişdir. 21 oktyabr 2020-ci il tarixdə bir gün əvvəl işğaldan azad olunmuş Zəngilan şəhərinə düşmənin əks-hucumunun qarşısını alarkən gizir Ələkbərov Məhəmmədəli qəhrəmancasına şəhid oldu.

Ailəli idi. 2 övladı var.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı göstərdiyi rəşadətə görə gizir Ələkbərov Məhəmmədəli Bayram oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medallarıilə təltif olunmuşdur.
22 oktyabr 2020-ci ildə Ağstafa rayonunun Poylu kəndində dəfn edilib.