Tofiq Əmirli: Bacarığı və qorxmazlığı ilə fərqlənən gizir

2021/05/emire-1622373287.jpg

line

Ad: Tofiq
Soyad: Əmirli
Ata adı: Şəmsəddin
Doğum tarixi: 27.02.1992
Rütbə: Gizir


Gizir Əmirli Tofiq Şəmsəddin oğlu 27 fevral 1992-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuşdur. 1998-2009-cu illərdə Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbində təhsil almışdır. 2010-2011-ci illərdə Naxçıvan sərhəd divizyasinda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sərhədçi peşəsinə olan marağı 2014-cü ildə Tofiqi yenidən Dövlət Sərhəd Xidməti sıralarına qaytardı. 2015-ci ilin fevral ayında təlim kurslarını uğurla başa vuran Tofiq 04.05.2018-ci il tarixədək Çevik Hərəkət Briqadasında manqa komandiri, kəşfiyyatçı vəzifələrində özünü peşəkar hərbçi kimi göstərmişdir. İşgüzar keyfiyyətlərinə görə 2018-ci ildə Çevik Hərkət Qüvvə¬lərinin Çevik Hərəkət Dəstəsinə seçilən Tofiq zəhmətsevərliyi və intizamı sayəsində qısa müddət ərzində əməliyyatçı-snayper kimi formalaşdı.
Vətən müharibəsinin ilk günlərindən Füzuli rayonunun işğal altında olan ərazilərinin azad olunması uğrunda döyüşlərə qatılan Tofiq öz bacarığı və qorxmazlığı ilə fərqlənmişdir. Cəbrayıl və Qubadlı rayonunun işğal altındakı kəndlərinin azad olunmasında əsl rəşadət göstərmiş və oktyabrın 13-də qəhrəmancasına şəhid oldmuşdur.

Subay idi.

Gizir Əmirli Tofiq Şəmsəddin oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
14 oktyabr 2020-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dəfn olunmuşdur.