Xalid Qasımov: Döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu

2021/05/xalid-1622372413.jpg

line

Ad: Xalid
Soyad: Qasımov
Ata adı: Rafiq
Doğum tarixi: 12.07.1996
Rütbə: Kiçik gizir


12 iyul 1996-cı ildə Cəlilabad rayonunun Moranlı kəndində anadan olmuşdur. 2013-cü ildə Qara Kazımlı adına tam orta məktəbi bitirmişdir. Məktəbdə oxudu illərdə müəllimlərinin böyük rəğbətini qazanan Xalıd hərbi hazırlıq fənninə xüsusi maraq göstərirdi. 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərb sənətinə olan marağı onu Dövlət Sərhəd Xidmətinin sıralarına gətirdi. 24 avqust 2019-cu ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Böyük Kəsik sərhəd nəzarəti şöbəsində xidmətə başlayan Xaliq qısa müddət ərzində öz intizamı, çalışqanlığı ilə kollekivin hörmətini qazandı.

Vətənə xidməti ən ali vəzifə hesab edən Xalid hər zaman düşmən tapdağında olan torpaqların azad olunması uğrunda döyüşlərdə iştirak etməyi arzulayardı. Məhz buna görə də Vətən müharibəsi başlayan kimi Xaliq könüllülərin sırasında cəbhəyə yollandı.

Vətən müharibəsinin gedişində döyüş yoldaşları ilə bir sıra uğurlu əməliyyatlarda iştirak edən Xalıd ona bəslənən ümidləri doğrultdu. Cəbrayıl istiqamətində döyüşlərin başlanması haqqında əmr alan Xalid çox böyük qürur hissi ilə döyüşlərə atıldı. Lakin bu onun son döyüşü oldu. 12 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu istiqamətində növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu.
Ailəli idi, 2 övladı var.

Kiçik gizir Qasımov Xalid Rafiq oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

14 oktyabr 2020-ci ildə Cəlilabad rayonunun Moranlı kəndində dəfn olunub.