Elcan Namazov: Döyüş yolu qısa olsa da, Vətəni üçün böyük işlər gördü

2021/05/elcan-1622372011.jpg

line

Ad: Elcan
Soyad: Namazov
Ata adı: Hidayyət
Doğum tarixi: 01.06.1997
Rütbə: Kiçik gizir


Kiçik gizir Namazov Elcan Hidayyət oğlu 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2004-cü ildə həmin kənddə Emin Qurbanov adına orta məktəbin 1-ci sinifə daxil olan Elcan sonradan öz təhsilini Qazax rayonunda yerləşən Texniki Kollecdə davam etdirmişdir. 2015-ci oldə həmin kolleci müvəffəqiyyətlə bitirən Elcan müddətli həqiqi hərbi xidmətə yollandı. 2016-2018-ciillərdə Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsində müddətli həqiqi hərbi xidmətdə olan Elcan əsgər və zabitlərin böyük hörmətini qazanmışdır. Sərhədçi peşəsinə maraq göstərən Elcan xidmətini başa vurduqdan sonra 22.06.2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olundu. 4 aylıq hazırlıq kursunu müvəffəqiyyətlə başa vuran Elcan Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında xidmətə başladı. Xidmət etdiyi dövrdə müxtəlif vəzifələrin öhdəsindən məharətlə gələn Elcan öz intizamı və çalışqanlığı ilə seçilirdi.

Vətən müharibəsi başlayanda Elcan da digər sərhədçi yoldaşları kimi ön cəbhəyə yollandı. Füzuli və Cəbrayıl istiqamətlərində ağır döyüşlərdə iştirak etdi. Ancaq, təssüf ki, Elcanın döyüş yolu qısa oldu. Oktyabrın 9-da Xocavənd rayonu Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Subay idi.

Kiçik gizir Namazov Elcan Hidayyət oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medallarıilə təltif olunmuşdur.

16 oktyabr 2020-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində dəfn olunub.