Əkbər Mustafayev: Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman

2021/05/qehre-1622371826.jpg

line

Ad: Əkbər
Soyad: Mustafayev
Ata adı: Natiq
Doğum tarixi: 02.07.2000
Rütbə: Kiçik gizir


Mustafayev Əkbər Natiq oğlu 2 iyul 2000-ci ildə Bərdə rayonunun Mirzəxan kəndində anadan olmuşdur. 2006-cı ildə kənd orta məktəbinin birinci sinfinə qəbul olan Əkbər orta məktəbi bitirdikdən sonra 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşdü. Dövlət Sərhəd Xidmətinin Aviasiya dəstəsində xidmətə başlayan gənc əsgər Mustafayev Əkbər qısa zamanda komandirlərin və rəislərin rəğbətini qazandı. Özünün təlim-tərbiyəsi ilə hər zaman fərqlənən Əkbər komandirlərinin ona verdiyi hər bir göstərişi böyük səylə yerinə yetirirdi.

2020-ci ildə müddətli həqiqi hərbi xidmətini başa vuran Əkbər öz arzusu ilə vaxtilə əsgər kimi xidmət etdiyi Çevik Hərəkət Qüvvələrinin Artileriya Briqadasında istehkamçı-minaaxtaran vəzifəsində həqiqi hərbi xidmətə qəbul olundu.

Sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi digər silah yoldaşları kimi Əkbər də ön cəbhəyə yollandı. Müharibənin ilk günlərində cəbhənin Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərə qoşuldu. Döyüşlərdə özünün fəallığı ilə seçilən Əkbər bir sıra yaşayış məntə¬qələrimizin azad olunmasında yaxından iştirak etdi. Oktyabrın 9-da Hadrut istiqamətində gərgin keçən döyüşlərdə düşmən gülləsinə sinəsini sipər edən Əkbər gözlərini əbədi yumdu.

Subay idi.

Kiçik gizir Mustafayev Əkbər Natiq oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

16 oktyabr 2020-ci ildə Bərdə rayonunun Mirzəxan kəndində dəfn olunub.