Əli Məmmədov: Vətən müharibəsindən kənarda qala bilməyən kiçik gizir

2021/05/eli-1622371635.jpg

line

Ad: Əli
Soyad: Məmmədov
Ata adı: Zeynal
Doğum tarixi: 13.04.2000
Rütbə: Kiçik gizir


Məmmədov Əli Zeynal oğlu 13 aprel 2000-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 2007-2018-ci illərdə Yevlax şəhəri Qənbər Məhərrəmov adına 4 saylı tam orta məktəbdə təhsil almışdır. 2018-ci ildə Dövlət Sərhəd Xidmətinın Horadiz sərhəd dəstəsində müddətli həqiqi hərbi xidmətə başlayan Əli cənub sərhədlərimizin mühafizəsində sərhəd pozucularına qarşı amansız olmuş, xidmətdə fərqlənmişdir. Peşəkar sərhədçi olmaq istəyi Əlini 2020-ci ilin fevral ayında Dövlət Sərhəd Xidməti sıralarına qaytardı. Çevik Hərəkət Qüvvələrinin Artileriya Briqadasında istehkamçı-minaaxtaran vəzifəsində xidmətə başlayan kiçik gizir Məmmədov Əli qısa müddət ərzində öz tərbiyəsi və çalışqanlığı ilə kollektivin dərin hörmətini qazandı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən kənarda qala bilməyən Əli ilk günlərdən döyüş meydanına yollandı. Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri-nin azad olunmasında iştirak edən Əli fədakarlığı və qorxmazlığı ilə fərqlənmişdir. Oktyabrın 9-da Hadrut istiqamətində gedən gərgin döyüşlərdə Əli qəhrəmancasına şəhid oldu.

Subay idi.

Kiçik gizir Məmmədov Əli Zeynal oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
16 oktyabr 2020-ci ildə Yevlax şəhərində dəfn olunub.