Faiq qalayçıyev: Vətən sevgisi ilə yaşayan əsgər

2021/05/faiq-1622371355.jpg

line

Ad: FAİQ
Soyad: QALAYÇIYEV
Ata adı: İSRAFİL
Doğum tarixi: 16.12.2001
Rütbə: Əsgər


r Qalayçıyev Faiq İsrafil oğlu 16 dekabr 2001-ci ildə Balakən rayonunun Kortala kəndidə anadan olmuşdur. 2008-2019-cu illərdə həmin kənddə Qurban Nağıyev adına tam orta məktəbdə təhsil almışdır. 2020-ci il yanvar ayından müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında pulemyotçu vəzifəsində xidmətə başlamışdır. Faiq xidməti müddətində intizamlı olmuş, hərbi njizamnamələrin tələblərini sözsüz və dəqiq yerinə yetirimişdir. Hərbi anda sadiq olmuş, ürəyində daim vətən sevgisi ilə yaşayan Faiqin ən böyük arzusu işğal altında olan torpalqrımızın azad edilməsi olmuşdur.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Cəbrayıl və Zəngilan rayonları ərazisində döyüş əməliyyatlarında iştirak edən Faiq cəsarəti ilə fərqlənmiş, komandirlərinin və yoldaşlarının rəğbətini qazanmışdar.

İran İslam Respublikası ilə dövlət sərhədi bərpa olunduqdan sonra Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda döyüşlərə qatılan Faiq 1 noyabr 2020-ci il tarixdə 949.0 yüksəkliyini düşməndən azad edərkən rəşadət göstərərək qəhrəmancasına şəhid oldu.
Subay idi.

Əsgər Qalayçıyev Faiq İsrafil oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

3 noyabr 2020-ci il tarixdə Balakən rayonunun Kortala kəndində dəfn edilmişdir.