Novruzov Aqşin: Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub

2021/05/ASDSA-1622369109.jpg

line

Ad: Aqşin
Soyad: Novruzov
Ata adı: Şahin
Doğum tarixi: 15.08.1998
Rütbə: əsgər


Novruzov Aqşin Şahin oğlu (15 avqust 1998, Bakı – 13 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Aqşin Novruzov 1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub. Texniki-Humanitar liseyini bitirib. Ali təhsilini Əmək və Sosial Münasibətlər Akademiyasında alıb.

2020-ci ilin yayında həqiqi hərbi xidmətə çağırılıb, 2-ci Qarabağ müharibəsində iştirak edib. Döyüşlərin əvvəlində ayağından yaralanıb, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. Topçu olaraq briqadası ilə birlikdə döyüşlər zamanı 2 düşmən tankını məhv edib. 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə (ölümündən sonra) təltif edilib.