Vəliyev Murad: Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub

2021/05/unnam-1622359887.jpg

line

Ad: Murad
Soyad: Vəliyev
Ata adı: Süleyman
Doğum tarixi: 11.02.1997
Rütbə: əsgər


Murad Vəliyev (tam adı: Murad Süleyman oğlu Vəliyev; 11 fevral 1997; Bakı, Azərbaycan — 27 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Həyatı
Murad Vəliyev 1997-ci il fevral 11-də Biləcəri qəsəbəsində anadan olub. Biznes Universitetində (BBU) ali təhsil alıb.

Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Murad Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Murad Vəliyev sentyabrın 27-də şəhid olub. Biləcəri qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.