Sübhan Abdurrəhmanlı: Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub

2021/06/Scree-1623568866.jpg

line

Ad: Sübhan
Soyad: Abdurrəhmanlı
Ata adı: Mahir
Doğum tarixi: 18.10.1992
Rütbə: Gizir

Abdurrəhmanlı Sübhan Mahir oğlu 18 oktyabr 1992-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Sübhan Abdurrəhmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sübhan Abdurrəhmanlı 6 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Abdurrəhmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

memorial.az