Vüqar İbadov: Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub

2021/05/Scree-1622356678.jpg

line

Ad: Vüqar
Soyad: İbadov
Ata adı: Sadıq
Doğum tarixi: 28.09.1988
Rütbə: MAHHXHQ əsgər

Vüqar Sadıq oğlu İbadov 1988-ci il sentyabrın 28 də Göytəpə şəhərində anadan olub. 1955-2004-cü illərdə V.Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbində təhsil alıb. Sonra Cəlilabad Peşə liseyində təhsilini davam etdirib.

2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2013-2016-cı illərdə N saylı hərbi hissədə fəaliyyətə başlayıb, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu keçərək N saylı hərbi müddətdə müxtəlif fəxri fərmanlarla mükafatlandırılıb. İlk gündən torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılıb Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərib və 2020-ci il oktyabrın 19-da şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar İbadov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar İbadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

memorial.az