Manaf Bəhmanlı: Murov zirvəsində gedən şiddətli döyüşlərdə şəhid olub

2021/05/12084-1622354479.jpg

line

Ad: Manaf
Soyad: Bəhmənlı
Ata adı: Bəhmən
Doğum tarixi: 02.01.1998
Rütbə: əsgər


Manaf Bəhman oğlu Bəhmanlı (2 yanvar 1998, Yevlax – 27 sentyabr 2020, Murovdağ, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Həyatı
Manaf Bəhmanlı 1998-ci il yanvarın 2-də Yevlax şəhərində anadan olub.

2004-2015-cı illərdə Yevlax şəhəri M.Ə.Sabir adına 2 saylı tam orta məktəbdə təhsil alıb.

2015-2020-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində ali təhsil alıb.

Hərbi fəaliyyəti
Manaf Bəhmanlı 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb.

Vətən müharibəsi
Azərbaycan Ordusunun əsgəri Manaf Bəhmənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub.

Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

Sentyabrın 27-də Murov zirvəsində gedən şiddətli döyüşlərdə şəhid olub.

Sentyabrın 28-də Bakı şəhərində Biləcəri qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Manaf Bəhmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.