Həsənov Röya: Murovdağ döyüşləri zamanı şəhid olub

2021/05/sehid-1622345552.jpg

line

Ad: RöyaL
Soyad: Həsənov
Ata adı: Arzu
Doğum tarixi: 02.01.1992
Rütbə: MAHHXHQ əsgər


Röyal Arzu oğlu Həsənov (2 yanvar 1992; Gədəbəy rayonu, Azərbaycan — 3 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Həyatı
Röyal Həsənov 1992-ci il yanvarın 2-də Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. Subay idi.

Hərbi xidməti
Azərbaycan Ordusunun əsgər olan Röyal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Röyal Həsənov oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Gədəbəy rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.