Seyfəddin Balağayev: Füzuli döyüşlərində şəhid oldu

2021/05/384px-1622297359.jpg

line

Ad: Seyfəddin
Soyad: Balağayev
Ata adı: Vahid
Doğum tarixi: 06.03.1998
Rütbə: əsgər

Seyfəddin Vahid oğlu Balağayev (6 mart 1998, Dəvəçi – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Seyfəddin Balağayev 6 mart 1998-ci il tarixində Azərbaycanın Şabran rayonunun (o vaxtlar Dəvəçi adlanırdı) eyniadlı şəhərində anadan olmuşdur. O, 2004-cü ildən 2015-ci ilə qədər Şabran şəhərində orta təhsilini almışdır.

Balağayev 2015-cu ildə Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinə qəbul olmuşdur. Seyfəddin Balağayev 2020-ci ilin sentyabr ayının axırlarında Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarına qoşulmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır.

Seyfəddin Balağayev Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 7-də, 22 yaşında Füzuli rayonu ərazisində şəhid olmuşdur. Seyfəddin Balağayev oktyabrın 8-də Şabran Şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.

"Vətən uğrunda" medalı ilə təltif edilib.

memorial.az