İlqar Baxışov: Suqovuşan azadlığı üçün canından keçdi

2021/05/ilqar-1622297186.jpg

line

Ad: İlqar
Soyad: Baxışov
Ata adı: Adışirin
Doğum tarixi: 21.11.2000
Rütbə: əsgər

lqar Adışirin oğlu Baxışov (21 noyabr 2000; Horadiz, Azərbaycan – 15 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

İlqar Baxışov 21 noyabr 2000-ci ildə Horadiz şəhərində anadan olmuşdur. 2007-ci ildə Horadiz şəhəri 2 nömrəli tam orta məktəbin 1-ci sinifə getmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. İlqar davanışı ilə, hərəkətləri ilə yoldaşlarına nümunə olmuşdur. 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Tərtər rayonunda aparmışdır və rayonun Suqovuşan kəndinin işğalçılardan azad olunması zamanı 15.10.2020-ci il tarixdə şəhid olmuşdur. Horadiz şəhər qəbiristanlığında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

memorial.az