Əliağa Məmmədov: 19 yaşlı Vətən Müharibəsi şəhidi

2021/05/408px-1622296974.jpg

line

Ad: Əliağa
Soyad: Məmmədov
Ata adı: Eldəniz
Doğum tarixi: 26.07.2001
Rütbə: əsgər

Əliağa Məmmədov (tam adı: Əliağa Eldəniz oğlu Məmmədov; 26 iyul 2001; Bakı, Azərbaycan — 6 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Əliağa Məmmədov 2001-ci il iyulun 26-da Sabunçu rayonunda anadan olub. 2008-2013-cü illərdə Sabunçu rayonunun 80 nömrəli tam orta məкtəbdə, 2013-2017-ci illərdə isə Sabunçu rayonunun 322 nömrəli tam orta məкtəbində təhsil alıb. 2017-2018-ci illərdə 5 nömrəli Peşə Liseyində "İşıq operatoru" ixtisası üzrə təhsil alıb. 6 il cüdo idman növü ilə məşğul olub. Subay idi. Əliağa Məmmədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı.

Azərbaycan Ordusunun əsgəri olan Əliağa Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Əliağa Məmmədov oktyabrın 6-da Ağdərə döyüşləri zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliağa Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

memorial.az