Elmar Mamedov: Vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid oldu

2021/05/485px-1622296810.jpg

line

Ad: Elmar
Soyad: Mamedov
Ata adı: Elçin
Doğum tarixi: 07.07.2001
Rütbə: əsgər

Elmar Elçin oğlu Mamedov (7 iyul 2001; Mahamalar, Balakən rayonu — 6 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Elmar Mamedov 2001-ci il iyulun 7-də Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2008-2019-cu illərdə R.Baxışov adına 218 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb.

Subay idi. Elmar Mamedov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Mamedov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Elmar Mamedov oktyabrın 6-da Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

memorial.az