İmam Əliyev: Talış kəndi uğrundakı döyüşlərdə şəhadətə qovuşdu

2021/05/335px-1622296637.jpg

line

Ad: İmam
Soyad: Əliyev
Ata adı: Səfər
Doğum tarixi: 16.07.1998
Rütbə: əsgər

İmam Səfər oğlu Əliyev (16 iyul 1998; İtitala, Balakən rayonu - 7 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

İmam Əliyev 1998-ci il iyulun 16-da Balakən rayonunun İtitala kəndində anadan olub.

2004-2015-ci illərdə A.Balayev adına İtitala kənd tam orta məktəbində təhsil alıb.

Subay idi. İmam Əliyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İmam Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

İmam Əliyev oktyabrın 7-də Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən rayonunun İtitala kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmam Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

memorial.az