Elnur Abbaslı: Ağdərə döyüşlərinin şəhidi

2021/05/elnur-1622296110.jpg

line

Ad: Elnur
Soyad: Abbaslı
Ata adı: Yaşar
Doğum tarixi: 17.07.1992
Rütbə: MAHHXHQ əsgər

Elnur Yaşar oğlu Abbaslı (17 iyul 1992; Tərtər rayonu, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.

Elnur Abbaslı 1992-ci il iyulun 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. Elnur Abbaslı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Abbaslı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Köçərli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

memorial.az