Vəliyev Nurlan: Kəlbəcər uğrunda şəhid olub

2021/05/nurla-1622280322.jpg

line

Ad: Nurlan
Soyad: Vəliyev
Ata adı: Habil
Doğum tarixi: 04.04.1994
Rütbə: MAHHXHQ əsgər


Nurlan Habil oğlu Vəliyev (4 aprel 1994; Tovuz rayonu, Azərbaycan — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Həyatı
Nurlan Vəliyev 1994-cü il aprelin 4-də Tovuz rayonunun Qovlar kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı.

Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Nurlan Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Nurlan Vəliyev sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 25.12.2020-ci ildə dəfn olunub.