Aslanov Bəxtiyar: Murovda şəhid olub

2021/05/Bəxt-1622278024.jpg

line

Ad: Bəxtiyar
Soyad: Aslanov
Ata adı: İlqar
Doğum tarixi: 12.12.1998
Rütbə: MAHHXHQ əsgər


Bəxtiyar İlqar oğlu Aslanov (28 dekabr 1998; Azərbaycan — 30 sentyabr 2020; Murovdağ, Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.


Həyatı
Bəxtiyar Aslanov 28 dekabr 1998-ci ildə dünyaya göz açmışdır.Əslən Şuşa rayonundan idi. Qarabağ müharibəsində, 8 may 1992-ci ildə Şuşa işğal edildikdən sonra Bəxtiyarın ailəsi Naftalanda məskunlaşmışdır.

Hərbi xidməti
Bəxtiyar orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitən Bəxtiyar yenidən ordu sıralarına qayıdır və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirir. O, Daşkəsən rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə qulluq etmişdir.

Vətən müharibəsi
Azərbaycan Ordusunun əsgəri olan Bəxtiyar Aslanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əməliyyatlar nəticəsində onun da arasında olduğu zabit-əsgər heyəti Ağbaba yüksəkliyini azad edirlər.
Bundan sonra, Bəxtiyar Aslanov və təxminən 7 nəfər silahının bitdiyinə görə əlbəyaxa döyüşürlər. Ailəsi ilə sonuncu dəfə 27 sentyabr 2020-ci ildə əlaqə saxlayan Bəxtiyar Aslanov 30 sentyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Bəxtiyarın nəşi axtarıldıqdan 137 gün sonra Murovdağın Ağbaba yüksəkliyində tapılmış və 13 fevral 2021-ci ildə ailəsinin istəyi ilə Goranboy rayonunun Balakürd kəndində torpağa tapşırılmışdır.