Xəzər Bayramov: Füzuli döyüşləri zamanı şəhid olub

2021/05/Scree-1622276897.jpg

line

Ad: Xəzər
Soyad: Bayramov
Ata adı: Azad
Doğum tarixi: 14.11.1997
Rütbə: MAHHXHQ əsgər

Xəzər Azad oğlu Bayramov 1997-ci il noyabrın 14-də Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Xəzər Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəzər Bayramov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

memorial.az