Dəyanət Əliyev: Füzuli döyüşləri zamanı şəhid olub

2021/05/Dəya-1622276720.jpg

line

Ad: Dəyanət
Soyad: Əliyev
Ata adı: Ələsgər
Doğum tarixi: 18.09.1982
Rütbə: Gizir

Dəyanət Ələsgər oğlu Əliyev 1982-ci il sentyabr 18-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Dəyanət Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Dəyanət Əliyev oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Dəyanət Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

memorial.az