Elçin İsmayılov: Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub

2021/05/Scree-1622276598.jpg

line

Ad: Elçin
Soyad: İsmayılov
Ata adı: İlqar
Doğum tarixi: 17.03.1995
Rütbə: MAHHXHQ əsgər

İsmayılov Elçin İlqar oğlu 17 mart 1995-ci ildə Cəlilabad rayonu Göytəpə qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Elçin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Elçin İsmayılov 2 oktyabr 2020-ci ildə Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

memorial.az