Amid Əliyev: Füzuli döyüşləri zamanı şəhid olub

2021/05/Amid_-1622276084.jpg

line

Ad: Amid
Soyad: Əliyev
Ata adı: İlham
Doğum tarixi: 03.12.1999
Rütbə: MAHHXHQ əsgər

Amid İbrahim oğlu Əliyev 1999-cu il dekabrın 3-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. 2005-2016-cı illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Amid Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Əliyev oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

memorial.az