Kamran Məmmədzadə: Düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub

2021/05/Kamra-1622275815.jpg

line

Ad: Kamran
Soyad: Məmmədzadə
Ata adı: Füzuli
Doğum tarixi: 24.05.1996
Rütbə: MAHHXHQ əsgər

Kamran Füzuli oğlu Məmmədzadə 24 mart 1996-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd tam orta məktəbində orta təhsilini almışdır.

Kamran Məmmədzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.

Şəhid Kamran Məmmədzadə 29 sentyabr 2020-ci il tarixində Biləsuvar rayonu Çaylı kənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Məmmədzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Məmmədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

memorial.az