Elvin Məlikməmmədov: Suqovuşan döyüşlərində şəhid oldu

2021/05/elvin-1622275765.jpg

line

Ad: Elvin
Soyad: Məlikməmmədov
Ata adı: Elçin
Doğum tarixi: 20.05.2002
Rütbə: əsgər

Elvin Elçin oğlu Məlikməmmədov (d. 20 may 2002; Xudat, Xaçmaz rayonu – ö. 4 oktyabr 2020; Suqovuşan, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.

Elvin Məlikməmmədov 20 may 2002-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, oktyabrın 4-də Suqovuşan döyüşlərində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məlikməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

memorial.az