Əfsan Salıyev: Suqovuşan döyüşlərində qəhrəmancasına şəhid oldu

2021/05/Əfsa-1622275294.jpg

line

Ad: Əfsan
Soyad: Salıyev
Ata adı: İlkin
Doğum tarixi: 24.06.2002
Rütbə: əsgər

Əfsan İlkin oğlu Salıyev (24.06.2002, İkinci Nügədi, Quba rayonu — 03.10.2020, Suqovuşan, Tərtər) — İkinci Qarabağ Müharibəsi şəhidi.

Salıyev Əfsan İlkin oğlu — 24 iyun 2002 ci ildə Quba rayonu İkinci Nügədi kəndində doğulub. İlk təhsilini İkinci Nügədi kənd 3 saylı tam orta məktəbdə alıb, daha sonralar Quba şəhər Texniki Təmayüllü liseyin məzunu olub. Sumqayıt Dövlət Texniki Kollecdə orta ixtisas təhsilini alaraq Tərtərə, hərbi xidmətə yollanıb. İkinci Qarabağ Müharibəsində fəal iştirak edib, Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

memorial.az