Xəyal Məmmədov: Suqovuşan uğrunda şəhid oldu

2021/05/xəya-1622275136.jpg

line

Ad: Xəyal
Soyad: Məmmədov
Ata adı: Arif
Doğum tarixi: 13.02.1989
Rütbə: MAHHXHQ kiçik çavuş

Xəyal Arif oğlu Məmmədov (13 fevral 1989; İsmayıllı rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Tərtər rayonu Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.

Xəyal Məmmədov 1989-cu il fevralın 13-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub.Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəyal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Məmmədov oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

memorial.az