Xəqani Nəsibov: Suqovuşanda şəhid oldu

2021/05/480px-1622264011.jpg

line

Ad: Xəqani
Soyad: Nəsibov
Ata adı: Aydın
Doğum tarixi: 01.05.1991
Rütbə: əsgər

Xaqani Aydın oğlu Nəsibov (1 may 1991; Kortala, Balakən, Azərbaycan SSR — 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Xaqani Nəsibov 1991-ci il mayın 1-də Balakən rayonunun Kortala kəndində anadan olub. Onun qardaşı — Ədalət Nəsibov Birinci Qarabağ müharibəsində şəhid olub. 1997-1998-ci illərdə Q. Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Xaqani Nəsibov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Xaqani Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Nəsibov oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

”Cəsur döyüşçü" medalı ilə də təltif edild.b

memorial.az