Vüqar Nuriyev: Şuşa döyüşləri zamanı vuruşaraq şəhid olub

2021/05/Vüqa-1622020441.jpg

line

Ad: Vüqar
Soyad: Nuriyev
Ata adı: Hafis
Doğum tarixi: 29.09.2000
Rütbə: Əsgər

Vüqar Hafis oğlu Nuriyev 29 sentyabr 2000-ci ildə İmişli rayonunda anadan olub. 2007-2018-ci illərdə şəhid Şahin Məmmədov adına 3 saylı tam orta məktəbdə təhsil almışdır.

Vüqar Nuriyev 2018-2020-ci illərdə Naxçıvan MR-nın Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Vüqar Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şuşa döyüşləri zamanı vuruşaraq şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Nuriyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

memorial.az