Oruc Cabbarov: Ağdərə istiqamətində şəhid oldu

2021/05/13578-1621689396.jpg

line

Ad: Oruc
Soyad: Cabbarov
Ata adı: Akif
Doğum tarixi: 06.12.1999
Rütbə: MAHHXHQ əsgər

Oruc Akif oğlu Cabbarov (6 dekabr 1999; Yevlax rayonu, Azərbaycan — 4 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Oruc Cabbarov 1999-cu il dekabrın 6-da Yevlax rayonunun Nərimanabad kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Oruc Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb.

Oruc Cabbarov oktyabrın 4-də Ağdərə istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 07.01.2021-ci il tarixində Yevlax rayonunda dəfn olunub.



memorial.az