İsmayılov Rəcəb: Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub

2021/05/14864-1621514907.jpg

line

Ad: Rəcəb
Soyad: İsmayılov
Ata adı: Nəcəb
Doğum tarixi: 17.09.2000
Rütbə: əsgər


Cavid Səfərli 1993-cü ildə mayın 31-də İmişli rayonunun Əliqulular kəndində dünyaya göz açmışdır.
1999-cu il Rəsul Məmmədov adına Əliqulular kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2001-ci ildə isə N.Şirinov adına İmişli rayon 5 saylı tam orta məktəbində təhsilini davam etdirmişdir.
2007-2008-ci illərdə C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2010-cu ildə liseyi bitirib AAHM-ə qəbul olub.2014-cü ildə AAHM-i bitirir.2014-2015-ci illərdə isə TTM-də təhsilini davam etdirmişdir. 2016-cı ildə Bakı şəhəri Müşfiqabad qəsəbəsində yerləşən 4-cü ordu korpusu N saylı motoatıcı briqadasında bölük komandiri kimi fəaliyyətə başlayıb.2017-ci ildə Baş Leytenant rütbəsi alır.2018-ci ildən Qusarda yerləşən N saylı hərbi hissədə komandir kimi işləyir.2020-ci ildə Tabor komandiri müavini vəzifəsində çalışmağa başlayır.
Baş leytenant Cavid Səfərli Vətən müharibəsinin ilk günlərindən silaha sarılır və Vətənin ərazi bütövlüyü uğrunda ilk döyüşdən son döyüşə qədər düşmənləri darmadağın edir. Döyüş yoldaşları deyirdi ki, 3 nəfər 23 nəfər erməni əsgərinin qabağında mərdliklə vuruşurdu və həmin erməni əsgərləri 3 nəfərin qabağında davam gətirə bilməyib qaçırdı. Həmin 3 nəfərdən biri də Cavid Səfərli idi.
Baş leytenant Cavid Səfərli İkinci Qarabağ müharibəsinin əsas döyüşlərindən olan Füzuli uğrunda, Hadrut uğrunda, Cəbrayıl uğrunda döyüşlərdə iştirak etmiş və döyüşdən Zəfərlə qayıtmışdı.
Cavid Səfərlinin son döyüşü Qubadlı uğrunda döyüşlərdən biri olur. 23 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində Baş Leytenant Cavid Səfərli qəhrəmancasına Şəhid olur.
Bir aya yaxın bir müddətdə itkin olaraq axtarılan Şəhidimizin nəşi noyabr ayında tapılmış və 17 noyabrda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın işğaldan azad olunması uğrunda canından keçdiyi, Şəhid olduğu günə qədər bütün döyüşlərdə qəhrəmanlıq göstərdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Baş Leytenant Səfərli Cavid Xaliq oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Baş Leytenant Səfərli Cavid Xaliq oğlu Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif edildi.
Şəhid Baş Leytenant Cavid Səfərli və döyüş yoldaşları.
Hər döyüşdə olduğu kimi Füzulidə də böyük qəhrəmanlıqlar göstərən və Füzulinin işğaldan azad edilməsi uğrunda sonuna qədər vuruşan Şəhid Baş Leytenant Səfərli Cavid Xaliq oğlu Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.