Tapdıq Qurbanəliyev: Tərtərdə şəhid olan baş gizir

2021/05/12860-1620824887.jpg

line

Ad: Tapdıq
Soyad: Qurbanəliyev
Ata adı: Dövlətxan
Doğum tarixi: 21.12.1978
Rütbə: baş gizir

Tapdıq Dövlətxan oğlu Qurbanəliyev (21 dekabr 1978; Şəki rayonu, Azərbaycan SSR — 16 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi.

Tapdıq Qurbanəliyev 1978-ci il dekabrın 21-də Şəki rayonunun Aydınbulaq kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Tapdıq Qurbanəliyev 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Azərbaycan Ordusunun baş giziri olan Tapdıq Qurbanəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tapdıq Qurbanəliyev oktyabrın 16-da Xocavənd döyüşləri zamanı şəhid olub. Şəki rayonundə Aydınbulaq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tapdıq Qurbanəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tapdıq Qurbanəliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.



memorial.az