İntiqam Hacıyev: Xocavəndin azadlığı uğrunda şəhid oldu

2021/05/HACIY-1620114818.jpg
Oxunub: 37     11:49     04 May 2021    

Hacıyev İntiqam Eynulla oğlu 1998-ci ilin noyabr ayının 10-da Minəxorlu kəndində anadan olub. Kənddəki tam orta məktəbi bitirib. 2020-ci ilin sentyabr ayının 21-də ordu sıralarına gedib. Xocavənd rayonunda gedən döyüşdə vuruşub. Yaralanıb, Muğanlı kəndində yerləşən hərbi tibb məntəqəsinə gətirilərkən düşmən gülləsinə tuş gəlib. Oktyabr ayının 13-də Yuxarı Qiyaməddinli kəndi yaxınlığında şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

memorial.az