Zəfər Surxayzadə: Şuşa döyüşlərində şəhid olub

2021/05/5aa9e-1620113619.jpg
Oxunub: 22     11:32     04 May 2021    

Zəfər Surxayzadə 5 avqust 2001-ci ildə Şəkidə anadan olmuşdur. Orta təhsilini 2007–2018-ci ildə Şəki şəhəri Baltalı kənd tam orta məktəbində almışdır. Subay idi.

Hərbi xidməti
9 oktyabr 2019-cu iilədə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Əsasən Cəbhənin Füzuli istiqamətində hərbi xidmət keçmişdir.

İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Ordusunun əsgəri olan Zəfər Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir.

Zəfər Surxayzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 10 noyabr 2020-ci ildə doğulduğu kənddə torpağa tapşırılmışdır.