Bəşir Abbasov: Füzulinin azadlığı uğrunda canından keçən igid

2021/01/Scree-1611305114.jpg

line

Ad: Bəşir
Soyad: Abbasov
Ata adı: Nizami
Doğum tarixi: 22.07.1998
Rütbə: Mahhxhq əsgər

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Bəşir Abbasovdur

Şəhid Abbasov Bəşir Nizami oğlu 22.07.1998-ci ildə Quba rayonunda anadan olub. Hərbçi olmaq uşaqlıq arzusu olub. Əsgərlikdə XTQ-də xidmət edib. Sonra isə Qusar rayonundakı hərbi hissədə-XTQ-də xidmət edib.

Bəşir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəşir Abbasov oktyabrın 5-də Füzuli rayonu Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəşir Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.